29 C
Baku
9 İyun 2025, 10:48
Dünya

Qəzzada xəstələr “dərman çatışmazlığı” səbəbindən ölür

Qəzzada səhra xəstəxanalarının koordinatoru Mərvan əl-Hems sionist işğal rejiminin hücumları nəticəsində bəzi xəstələrin dərman çatışmazlığı səbəbindən şəhid olduğunu bildirib.

“Qəzza zolağında sağlamlıq vəziyyəti fəlakətlidir” deyən Mərvan əl-Həms əlavə edib: “İşğalçılar oktyabrın 7-dən xəstəxanaları hədəfə aldığı üçün vəziyyət daha da pisləşir”.

Xan Yunus şəhərindəki Nasser Xəstəxanasının xəstə və yaralılarla dolu olduğunu bildirən Hems, “Daha çox xəstə və yaralı qəbul etmək üçün çarpayılarımız çatmır. Tibbi ehtiyatlar tükənir, bəzi xəstələr isə çatışmazlıq üzündən şəhid olurlar.”

Hems, sionist işğal rejiminin Qəzzanın infrastrukturunu hədəfə alması səbəbindən yoluxucu xəstəliklərin, xüsusilə də Hepatitin yayıldığına işarə edərək, çətin şəraitdə xalqın verdiyi suyun içmək üçün uyğun olmadığını bildirib.

“Qıtlıq Qəzza zolağının şimalını məhv edir və biz uşaqlar üçün qida çatışmazlığının qarşısını ala bilmirik” Hems deyib.

Qəzzadakı hökumət media ofisi tərəfindən çərşənbə axşamı günü edilən yazılı açıqlamada, 3500 uşağın qida çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşdiyi bildirilib.

Mayın 7-dən bəri sionist rejimin qondarma ordusu tərəfindən bağlı saxlanılan və Qəzzə zolağının xarici dünyaya açılan yeganə qapısı olan Rəfah Sərhəd Qapısının bağlanması qida ilə üz-üzə qalan Qəzzə xalqına əhəmiyyətli dərəcədə təsir edir.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Körpə üzərində beyin əməliyyatı aparıldı

Aynur Camal

Trampdan Netanyahuya sərt tənqid

Aynur Camal

Rusiya döyüş gəmiləri Kubaya çatdı: ABŞ həyəcan vəziyyətindədir!

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu