14 C
Baku
21 Noyabr 2024, 23:44
Dünya

Qəzzada yemək zamanı ac qalan uşaqlar

Fələstinin Deyr-Belah şəhərinə sığınan mülki şəxslər xeyriyyə təşkilatlarının payladığı ərzaqları almaq üçün uzun növbələr yaradıblar. İsrailin Qəzzaya hücumları davam edərkən, ən çox uşaqlar əziyyət çəkir.

Qəzzada minlərlə dinc sakin didərgin düşüb və İsrail bölgəyə göndərilən yardımın Fələstin xalqına çatmasına mane olur.

Bu yardımın bölgəyə çatmaması minlərlə uşağı həm aclıq, həm də xəstəliklə baş-başa qoyur.

Qəzzada indiyə qədər aclıqdan həyatını itirən uşaqlar olub…

Qəzzada könüllülər Deyr-Belah şəhərinə sığınan köçkün fələstinlilərə isti yemək paylayıblar. Aralarında uşaqların da olduğu fələstinlilər paylanan yeməkləri almaq üçün növbə gözləyərkən, könüllülər yeməkləri qazan və qablara dolduraraq paylayıblar.

Humanitar yardımın əhəmiyyətini vurğulamaq və bütün dünyada humanitar yardım fəaliyyətlərinə diqqəti artırmaq məqsədilə hər il avqustun 19-u “Ümumdünya Humanitar Yardım Günü” kimi qeyd olunur.

BMT Baş Assambleyasının 2008-ci ildə aldığı qərarla İraqın paytaxtı Bağdadda baş verən bombalı hücumda aralarında Birləşmiş Millətlər Təşkilatının (BMT) İraq üzrə xüsusi nümayəndəsi Sergio Vieira de Mello da daxil olmaqla 22 yardım işçisinin həlak olması nəticəsində, 19 avqust 2003-cü ildə avqust ayı “Ümumdünya Humanitar Yardım Günü” elan edilmişdir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Taylor Svift: Mən Kamala Harrisin yolunu dəstəkləyirəm

Aynur Camal

Ən azı 150 xəstə tibbi yardımdan məhrum edildi – TV

İntizar Əmirova

Dəniz buzunun rekord dərəcədə azalmasının səbəbi nədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu