34 C
Baku
26 İyul 2025, 21:57
Baş xəbərDünya

Qəzzadan gələn hücumda ən azı 900 israilli həyatını itirib

Bugun.tv xəbər verir ki, Mühasirəyə alınmış Qəzza zolağından həyata keçirilən hücumlarda ölən israillilərin sayının 900-ü keçdiyi açıqlanıb. İsrail Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, 157-si ağır olmaqla ümumilikdə 2616 israilli yaralanıb.

TRT Haber-in məlumatına görə, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hücumları nəticəsində 560 nəfərin həyatını itirdiyini, 2900 nəfərin isə yaralandığını açıqlayıb. İsrail qüvvələri oktyabrın 7-dən bəri Qüds və işğal altındakı İordan çayının qərb sahilində 16 fələstinlini öldürüb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən ṣəxs saxlanıldı

Kəmalə Sultan

İran-İsrail müharibəsində dünyanın danışdığı silah: “Dəmir şüa” lazer sistemi işə düşür

Aynur Camal

Ölkədə suçiçəyi xəstəliyinə yoluxanların sayı niyə artıb?

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu