21 C
Baku
14 Oktyabr 2025, 13:14
Baş xəbərSiyasət

Q.Məhərrəmli:”Bu imperiya həmişə Azərbaycana qarşı ikiüzlü siyasət yeridib”

“İvan Ayvazyan büstünə görə həşir salan M.Şvıdko, S.Mixalkov, M.Zatulin kimilər Rus imperiyasının təbliğatçılarıdır. Bu imperiya isə həmişə Azərbaycana qarşı ikiüzlü, məkrli və riyakar siyasət yeridib” – bu barədə şərhi əməkdar jurnalist, politoloq Qulu Məhərrəmli öz sosial media hesabında yazıb.

“Yaddan çıxmayıb: Moskva Qarabağ münaqişəsi ilə bağlı bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyir, o biri tərəfdən Yerevana dəstək verir, bu yandan da erməni separatçılarını şirnikləndirərək “nəfis şəkildə Artsax ensiklopediyası, “Qarabağın qədim erməni torpağı olması” haqqında cəfəngiyyat dolu kitablar” (mənbə: Kamran Razmovar) nəşr edirdi” – deyən Qulu Məhərrəmli eyni zamanda qeyd edib ki,  indi Azərbaycanın özünün tam suverenliyini təmin etməsi, Ermənistanın da gerçəkləri tam anlayaraq Qərbə üz tutması, beləliklə, Cənubi Qafqazın əldən çıxması Kremli bərk qəzəbləndirib. İfşa və tərksilah edilmiş Moskvanın Bakıya qəzəb püskürməsi, Şvıdkoların böyük Puşkinin abidəsini görməyib Ayvazyana yalançı göz yaşları axıtması məhz burdan qaynaqlanır…

Bu arada ABŞ-ın Ukraynada müharibəni dayandırmaqla bağlı Rusiyaya verdiyi ultimatumun vaxtına 3-4 gün qalır…” deyə Q. Məhərrəmli vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Milli Oftalmologiya Mərkəzi Ümumilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tibbi aksiya keçirdi

Aynur Camal

ABŞ: Biz gərginliyin hər hansı bir artmasını görmək istəmirik

Aynur Camal

“Abad həyət” istifadəyə verildi – FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu