Bugun.tv xəbər verir ki, Honq-Konq marafonunda iştirak edən qaçışçı dünyasını dəyişib. Bu barədə RTHK radiostansiyası məlumat yayıb.
Mənbənin bildirib. 30 yaşlı kişi yarışdan sonra evə qayıdarkən huşunu itirib. O, metroya gedərkən pisləşib. Xəstəxanaya aparılıb. Həkimlər ona ilkin tibbi yardım göstəriblər. Lakin o, dünyasını dəyişib. Yarışın daha bir iştirakçısının ürəyi dayanıb. Onu xilas etmək mümkün olub.
Mənbə onu da bildirib. Yarışdan sonra 30-dan çox adam xəstəxanaya yerləşdirilib. Bundan əlavə, 842 idmançı göyərmə və burkulma kimi yüngül xəsarətlər alıb.
Standard Chartered Hong Kong Marafonu 1997-ci ildən bəri hər il keçirilir. Onun məsafəsi 42 kilometrdir. 2024-cü il turniri zamanı şərait əlverişli idi.
Mənbə: lenta.ru
Müxbir: Qaytən Qasımzadə