19 C
Baku
8 Sentyabr 2024, 3:37
Baş xəbərDünya

Qaçqınlara və imkansız qruplara dəstək olmaq üçün “moda dünyasına” atıldı

Bugun.tv xəbər verir ki, ABŞ aktrisası Ancelina Coli qaçqınlara və imkansız qruplara dəstəyi daha davamlı etmək üçün yeni moda təşəbbüsü başlatdığını açıqlayıb.

Sosial media hesabından paylaşım edən Coli iştirakçıların ustaları, modelistləri və sahibkarlarının “Atelier Jolie” adını verdiyi brendlə öz istehsalatlarını edəcəklərini açıqlayıb.

Layihə çərçivəsində istifadə olunmayan materiallardan istifadə ediləcəyinə diqqət çəkən Coli, öz qabiliyyətləri istiqamətində qaçqın və imkansız qruplardan ibarət böyük bir komandanı bir araya gətirəcəklərini və bu qruplara dəstəyi davamlı hala gətirməyi hədəflədiklərini vurğulayıb.

Layihənin “mədəni irsin zənginliklərini paylaşmağa kömək etmək və (moda) təşəbbüslərinin inkişafına dəstək olmaq” niyyətində olduğunu ifadə edən Coli, müştərilərin də köhnə paltarlarını təmir etmək və ya dəyişdirmək imkanı əldə edəcəklərini bildirib.

“Biz hamımız digər insanların dizaynlarını toplaya və onlardan təsirlənə bilərik. Amma özünü ifadə etməyin ən yüksək forması və məncə, ən əyləncəlisi özümüz üçün yaratmaqdır” deyə Coli izah edib.

Coli 2022-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri vəzifəsindən istefa verəcəyini və qaçqınlar və yerli təşkilatlarla birbaşa əlaqələr quraraq “fərqli işləməyin” vaxtının gəldiyini hiss etdiyini söyləyib.

Xatırladaq ki, 2001-ci ildə BMT çərçivəsində humanitar yardım fəaliyyətlərinə başlayan Ancelina Coli 2012-ci ildə BMT-nin xoşməramlı səfiri vəzifəsinə təyin edilib.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər immuniteti gücləndirən virus aşkarladılar

İntizar Əmirova

Maaşa əlavələri necə almaq olar?

Nigar Məmmədova

Havanın temperaturu 50 dərəcəyə çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu