18 C
Baku
23 Oktyabr 2025, 17:18
Digər

Qadın adının ehtişamı – Mehriban Əliyeva

Bugun.tv xəbər verir ki, Azərbaycan tarixində qadınlarımız hər zaman cəmiyyətin mənəvi dayağı, milli dəyərlərin qoruyucusu olmuşlar. Bu ənənənin ən parlaq nümunəsi, əsl Azərbaycan xanımı obrazının ən dolğun təcəssümü isə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Onun fəaliyyəti təkcə bir siyasətçi və dövlət xadimi kimi deyil, həm də ana, elm adamı, xeyriyyəçi və milli-mədəni irsin qoruyucusu kimi çoxşaxəlidir. Mehriban xanım Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində, mədəniyyətimizin dünyada təbliğində, humanitar dəyərlərin yayılmasında müstəsna rol oynayır. O, milli irsimizin qorunması və təbliği istiqamətində misilsiz xidmətlər göstərmiş, tarixi abidələrimizin bərpasına, musiqimizin, xüsusən də muğamın dünyada tanıdılmasına böyük töhfələr vermişdir. UNESCO səviyyəsində Azərbaycanın muğamı, xalçaçılıq sənəti və digər mədəni irs nümunələrinin beynəlxalq reyestrlərə daxil edilməsi məhz onun diqqət və qayğısının nəticəsidir. Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizdə və xaricdə saysız-hesabsız xeyirxah layihələrlə yadda qalmışdır. Məktəblərin, uşaq evlərinin, xəstəxanaların inşası, elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən proqramlar Mehriban xanımın humanist şəxsiyyətini parlaq şəkildə göstərir. Onun üçün xeyirxahlıq sadəcə bir amal deyil, həyat tərzidir. Mehriban Əliyeva həm də Prezident İlham Əliyevin ən yaxın dəstəkçisi və ömür yoldaşıdır. Onların birlikdə həyata keçirdikləri siyasət və sosial-mədəni layihələr dövlətimizin inkişafını daha da sürətləndirmiş, Azərbaycanı dünyada güclü və söz sahibinə çevirmişdir. Bu həm də Azərbaycan ailə dəyərlərinin yüksək təcəssümüdür: bir-birini tamamlayan, bir-birinə dayaq olan Lider və onun xanımı. Mehriban xanım müasir dövrdə Azərbaycan qadınının obrazını bütün dünyaya təqdim edir – zərifliyi və qətiyyəti, mərhəməti və prinsipiallığı, milli ənənələrə bağlılığı və eyni zamanda müasirliyi ilə. O, öz fəaliyyəti ilə göstərir ki, Azərbaycan qadını yalnız ailənin dayağı deyil, həm də dövlətin, mədəniyyətin və cəmiyyətin inkişafında aparıcı qüvvədir.

Hörmətli Mehriban xanım,

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin ömür yolunuz Azərbaycan qadınının fədakarlığının, zərifliyinin və mənəvi ucalığının ən bariz nümunəsidir. Sizin fəaliyyətiniz xalqımıza sevgi, milli-mənəvi dəyərlərimizə qayğı, mədəniyyətimizə və incəsənətimizə isə yeni nəfəs gətirib. Siz mərhəmətiniz, xeyirxahlığınız və yüksək zövqünüzlə yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün nümunəvi bir obraz yaratmısınız. Bu əlamətdar gününüzdə Sizə sağlamlıq, ailə səadəti və fəaliyyətinizdə uğurlar diləyirəm. Qoy ömrünüzün hər yeni ili xalqımız üçün xeyirli işlərlə, yeni zirvələrlə yadda qalsın.

Dərin ehtiramla,

Ülviyyə Həmzəyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya destek sehifesi

Qadın adının ehtişamı – Mehriban Əliyeva

Azərbaycan tarixində qadınlarımız hər zaman cəmiyyətin mənəvi dayağı, milli dəyərlərin qoruyucusu olmuşlar. Bu ənənənin ən parlaq nümunəsi, əsl Azərbaycan xanımı obrazının ən dolğun təcəssümü isə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Onun fəaliyyəti təkcə bir siyasətçi və dövlət xadimi kimi deyil, həm də ana, elm adamı, xeyriyyəçi və milli-mədəni irsin qoruyucusu kimi çoxşaxəlidir. Mehriban xanım Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində, mədəniyyətimizin dünyada təbliğində, humanitar dəyərlərin yayılmasında müstəsna rol oynayır. O, milli irsimizin qorunması və təbliği istiqamətində misilsiz xidmətlər göstərmiş, tarixi abidələrimizin bərpasına, musiqimizin, xüsusən də muğamın dünyada tanıdılmasına böyük töhfələr vermişdir. UNESCO səviyyəsində Azərbaycanın muğamı, xalçaçılıq sənəti və digər mədəni irs nümunələrinin beynəlxalq reyestrlərə daxil edilməsi məhz onun diqqət və qayğısının nəticəsidir. Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizdə və xaricdə saysız-hesabsız xeyirxah layihələrlə yadda qalmışdır. Məktəblərin, uşaq evlərinin, xəstəxanaların inşası, elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən proqramlar Mehriban xanımın humanist şəxsiyyətini parlaq şəkildə göstərir. Onun üçün xeyirxahlıq sadəcə bir amal deyil, həyat tərzidir. Mehriban Əliyeva həm də Prezident İlham Əliyevin ən yaxın dəstəkçisi və ömür yoldaşıdır. Onların birlikdə həyata keçirdikləri siyasət və sosial-mədəni layihələr dövlətimizin inkişafını daha da sürətləndirmiş, Azərbaycanı dünyada güclü və söz sahibinə çevirmişdir. Bu həm də Azərbaycan ailə dəyərlərinin yüksək təcəssümüdür: bir-birini tamamlayan, bir-birinə dayaq olan Lider və onun xanımı. Mehriban xanım müasir dövrdə Azərbaycan qadınının obrazını bütün dünyaya təqdim edir – zərifliyi və qətiyyəti, mərhəməti və prinsipiallığı, milli ənənələrə bağlılığı və eyni zamanda müasirliyi ilə. O, öz fəaliyyəti ilə göstərir ki, Azərbaycan qadını yalnız ailənin dayağı deyil, həm də dövlətin, mədəniyyətin və cəmiyyətin inkişafında aparıcı qüvvədir.

Hörmətli Mehriban xanım,

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin ömür yolunuz Azərbaycan qadınının fədakarlığının, zərifliyinin və mənəvi ucalığının ən bariz nümunəsidir. Sizin fəaliyyətiniz xalqımıza sevgi, milli-mənəvi dəyərlərimizə qayğı, mədəniyyətimizə və incəsənətimizə isə yeni nəfəs gətirib. Siz mərhəmətiniz, xeyirxahlığınız və yüksək zövqünüzlə yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün nümunəvi bir obraz yaratmısınız. Bu əlamətdar gününüzdə Sizə sağlamlıq, ailə səadəti və fəaliyyətinizdə uğurlar diləyirəm. Qoy ömrünüzün hər yeni ili xalqımız üçün xeyirli işlərlə, yeni zirvələrlə yadda qalsın.

Dərin ehtiramla,

Ülviyyə Həmzəyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya destek sehifesi

Ülviyyə Həmzəyeva

Milli Məclisin deputatı

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Məhkəmədə mesaj və səs yazısından sübut kimi istifadə olunması nə zaman mümkündür?-VƏKİLDƏN AÇIQLAMA

Nigar Məmmədova

Məhluqə Qaramanlı: “Qərbi Azərbaycanla bağlı təbliğat kompanyalarının genişləndirilməsi istiqamətində məqsədyönlü işlər görməyi planlaşdırırıq”

Elnarə Dərziyeva

İlham Əliyevin “Kazinform” agentliyinə müsahibə verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu