10 C
Baku
21 Dekabr 2024, 16:27
Kriminal

Qadın barmağını dişlədiyinə görə intiqam almaq üçün qızını öldürdü

Bugun.tv xəbər verir ki, Hindistanda qızın romantik münasibəti üstündə yaranan mübahisədən sonra ana qızını öldürüb. Bu barədə “The Indian Express” yazıb.

Mumbayda 40 yaşlı Tina Umesh Baqade ağır cinayət törətməkdə şübhəli bilinərək həbs edilib. Qadın və oğulları Baqadenin 19 yaşlı qızı Bumikanı xəstəxanaya gətiriblər. Ana həkimlərə qızın epilepsiya tutması keçirdiyini, ondan sonra sağalmadığını deyib. Həkimlər qurbanı reanimasiya edə bilməyiblər. Onun boğularaq öldürüldüyünü tez biliblər. Bundan əlavə, Bumikanın üzündə sıyrıqlar və qançırlar tapıblar.

Həkimlər polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları Baqade və övladlarını dindirməyə çağırıblar. Araşdırma zamanı məlum olub ki, Baqade ilə qızı arasında Bumikanın görüşdüyü kişi üstündə ciddi münaqişə olub. Həmin axşam onlar yenidən mübahisə etməyə başlayıblar. Bumika anasının şəhadət barmağını dişləyərək onun bir parçasını qoparıb. Dişlənmiş barmağına görə Baqade hirslənib. Qızını iki əli ilə boynundan tutub qisas almaq üçün onu boğmağa başlayıb. Hər şey Baqadenin susmağı əmr etdiyi kiçik uşaqlarının gözü qarşısında baş verib. Zəngdən sonra qadının böyük oğulları qaçaraq evə gəlib. Qızın həqiqətən belə bir diaqnozu var. Cinayətin üsdünü bağlamaq üçün onlara epilepsiya tutması ilə bağlı yalan söyləyiblər.

Qadın etdiyi əməli etiraf etdib. Sonra onu nəzarətə götürüblər.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

FETÖ əməliyyatı oldu: 9 nəfər saxlanıldı

Bugün TV

46 yaşlı kişi güllələndi-YENİLƏNİB

Nigar Məmmədova

Keçmiş məhkumdan narkotik vasitə götürüldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu