17 C
Baku
10 İyun 2025, 2:17
Baş xəbərDünya

Qadın hüquq müdafiəçisi Nobel Sülh mükafatına namizəddir

Xarici Xəbərlər. 

Güney Azərbaycandan olan məhbus hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin Nobel Sülh mükafatına namizədliyi açıqlanıb.

Onun adı Norveçin paytaxtı Osloda yerləşən Sülh araşdırmaları institutunun direktoru Henrik Urdalın açıqladığı qısa siyahıda yer alıb. Məlumata görə, direktor namizədlər arasında adları ilk yerlədə olanların siyahısını təqdim edib və sırada Nərgiz Məhəmmədinin adı birinci yerdədir.

Xatırladaq ki, Güney Azərbaycanın Zəncan şəhərindən olan İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədiyə Parisdə “Sərhədsiz Reportyorlar” təşkilatının 2022-ci il üzrə “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına da  layiq görülüb.

Qeyd edək ki, 2003-cü ildə digər iki  güney azərbaycanlı xanım Şirin İbadiyə və Əfqanstandan olan jurnalist və qadın hüquq müdafiəçisi Məhbuba Seraca Nobel Sülh Mükafatı verilrib.

Onlar bu mükafatlara demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizə etdiklərinə görə layiq görülüblər.

Bildirilib ki, Məhbuba Serac 26 illik sürgündən sonra 2003-cü ildə Əfqanıstana qayıdıb və hazırda orada yaşayır.

Mənbə: prio.org

Aynur Camal

Oxşar xəbərlər

Tənha qoca zibillə dolu evində ölü tapılıb

Bugün TV

“Zenit”in hücumçusu “Marsel”in diqqət mərkəzindədir

Bugün TV

Qanunsuz kömür istehsalı və ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu