Baş xəbərKriminal

Qadın keçmiş əri tərəfindən öldürüldü

Bakıda 40 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

BuGün TV xəbər verir ki , iyulun 15-də Binə qəsəbəsindəki fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun bıçaqla çoxsaylı xəsarətlər yetirməklə V.Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Arzuman Fazilov şübhəli şəxs qismində tutulub, istintaq tədbirləri davam etdirilir.

azxeber.com

Könül Kərimova

Oxşar xəbərlər

Avtomobil sürücü ilə birlikdə evin damında ilişib qaldı

Kəmalə Sultan

Dalğalar küçələrə ziyan vurdu

Kəmalə Sultan

Ekvadordakı vulkan kül püskürür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu