7 C
Baku
4 Dekabr 2024, 12:32
Baş xəbər

“Qadın zorakılığına yox deyək!” adlı tədbir keçirildi 

Atatürk Mərkəzində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Yaşıl dünya naminə həmrəy olaq – Qadın zorakılığına yox deyək!” mövzusunda konfrans təşkil edilib.

Bugun.tv xəbər verir ki, cəmiyyət üçün hər zaman vacib olan sözügedən bu mövzu ictimaiyyət nümayəndələrinin müzakirəsinə “EMEDIA GROUP” Media qurumunun təşəbbüsü təqdim edilib.

Tədbirdə dövlət, və QHT və media sektorunun, nümayəndələri, millət vəkilləri, incəsənət xadimləri iştirak ediblər. Dövlət qurumlarının nümayəndələrinin statistika xarakterli çıxışları dinləndikdən sonra müzakirələr aparılıb.

Konfrans iştirakçıları bütün dünyada hələ də qadın və qızlara qarşı zorakılıq hallarının baş verdiyini, onların hüquqlarının fərqli formada pozulduğunu təəssüflə vurğulayıblar. Əməkdar jurnalist Mətanət Ağamirlinin moderatorluğu ilə keçirilən müzakirələrdə çıxış edən natiqlər Azərbaycan qadınlarının tarixdə qalan izlərinə, bu gün əldə etdikləri uğurlardan bəhs ediblər.

Şərqdə qadınlara ilk seçki hüququ verilən dövlət məhz Azərbaycan olduğunu xatırladaraq bu istqamətdə dövlətin həyata keçirdiyi siyasətlə bağlı fikirlərini bölüşüblər. Bu istiqamətdə ailə institutunun, ailələrin, təhsil sektorunun böyük məsuliyyət daşıdığı qənaəti vurğulanıb. Eyni zamanda ictimaiyyətin fəal təmsilçilərinin, media nümayəndələrinin bir araya gələrək bu kimi diskussiyalarım, tədbirlərin keçirilməsinin vacibliyi qeyd olunub.

Aynur Camal

Oxşar xəbərlər

Daha bir ətraf mühit çirklənməsinin həyəcan təbili çalınıb

Aynur Camal

Sürüklənən 4 sürücüyə pul cəzası kəsildi

Aynur Camal

Ev heyvanı hamsterinin hücumuna məruz qalan qadın öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu