19 C
Baku
23 Oktyabr 2025, 13:00
Kriminal

Qadının doğuşdan sonra ölməsinə görə həkim barəsində qətimkan tədbiri seçildi

Bərdədə qadının doğuşdan sonra ölməsinə görə həkim barəsində qətimkan tədbiri seçilib.

Bu barədə Bugun.tv-nin  sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“Qeyd edilən faktla bağlı Bərdə Rayon Prokurorluğunda 02.08.2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. İbtidai İstintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında xəstəxanada həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Onun  barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir”.

Nigar Məmmədova

Oxşar xəbərlər

Sərhəddə atışma baş verib

Aynur Əfəndi Zadə

Ata az yaşlı övladının qatili oldu

Bugün TV

Yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu