12 C
Baku
17 Aprel 2025, 10:05
Baş xəbərSosial

“Qadınlara qarşı zorakılığa son qoyulmalıdır”

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində  seminar təşkil edilib.

QHT sədri Məhluqə Qaramanlı seminarın məqsədi ilə bağlı Bugun.tv-yə müsahibə verib. O, bildirib ki, əlillyi olan qadınlara və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılıq halları var. Onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüş və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə edilib. Seminarda Bakı şəhərində fəaliyyət göstərən müxtəlif sahələrdən icma orqanları və əlilliyi olan şəxslər, yaxınları, qohumları qatılıblar.

“Layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verdik. Seminar zamanı əlillik və cəmiyyətdə bunula bağlı stereotiplər və səhv davranışlar haqqında danışdıq. Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürüldü. Onlar qarşılaşdıqları problemlərdən bəhs etdilər. Həlli və dəstək istiqamətləri gündəmə gətirildi. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər, onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparıldı”, – deyə, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri M.Qaramanlı bildirib.

Bundan başqa seminarda əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər də gündəmə gətirilib. 25 nəfərin iştirak etdiyi tədbirdə onların hüquqlarının təmini və icmalar tərəfindən dəstəyin verilməsinə diqqət çəkilib.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və 3 il müddətində  icra olunacaq.

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycanın prioriteti Qarabağın müdafiəsi və yenidən qurulmasıdır

Aynur Camal

Evdə yanğın: 4 nəfər xəstəxanaya yerləşdirildi

Aynur Camal

Qəza oldu: Trafik iflic oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu