Bugun.tv– xəbər verir ki, Misir Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan diasporunun sədri, Qahirə Universitetinin müəllimi, tədqiqatçı-alim Seymur Nəsirov öz tələbələri ilə Azərbaycana olan sevgilərini sosial media vasitəsilə göstəriblər.
Misirdə təhsil alan tələbələr Azərbaycanın görkəmli şairi Səməd Vurğunun “El bilir ki, sən mənimsən” şeirini birlikdə səsləndiriblər.
Universitetin auditoriyasında baş tutan bu çıxış tələbələrin Azərbaycan dilinə və mədəniyyətinə olan marağını bir daha nümayiş etdirib.
Görüntülərdən aydın olur ki, tələbələr şeiri böyük həvəslə və ahənglə ifa edərək emosional atmosfer yaradıblar. Onların çıxışı sosial şəbəkələrdə maraqla qarşılanıb və istifadəçilər tərəfindən müsbət rəylər alıb.
Qeyd edək ki, paylaşımda izləyicilərə videonu yayaraq tələbələrə dəstək olmaq çağırışı da edilib.
