29 C
Baku
9 İyun 2025, 11:23
Baş xəbərSiyasət

Pakistanlı gənc fəal Prezident İlham Əliyevlə görüşündən danışdı

Pakistandan olan gənc lider Qaiser Nawab “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə” adlı Beynəlxalq konfransda Prezident İlham Əliyevlə görüşüb.

Bu barədə Bugun.tv-yə Q.Nawab məlumat verib. O, Azərbaycana səfəri zamanı təşkil olunan bu yadda qalan görüşlə bağlı təəsüratlarını bölüşüb. “Konfrans Azərbaycanın qurucu lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub və Azərbaycanın Şuşa şəhərində, Qarabağda keçirildi. Görüşdə Heydər Əliyevin irsini fəal şəkildə davam etdirdiyinə görə Prezident Əliyevə minnətdarlığımı bildirdim. Azərbaycan torpağının dahi oğlu Heydər Əliyevin mənim ölkəm Pakistanla möhkəm əlaqələri olub və biz onu yüksək qiymətləndiririk”.

O, həmçinin Prezidentin regiona verdiyi töhfələrə və çoxşaxəli xarici siyasət yeritməsinə, onu milli və beynəlxalq miqyasda ən populyar liderlərdən birinə çevirməsinə görə də təşəkkür etdiyini deyib.

Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri üzrə ekspert olan cənab Nawab, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ölkələrinin gənc liderlərinin birgə layihələri vasitəsilə səslərini ucaltmaq, daha çox platformanın açılması üçün Prezident İ.Əliyevdən dəstək istəyib.

O, həmçinin beynəlxalq ictimaiyyətin iştirakı ilə Azərbaycanla bağlanmış müqavilələrin ermənilər tərəfindən pozulmasına son qoyulması üçün Avropa və beynəlxalq ictimaiyyət tərəfindən görülə biləcək addımlar, BMT və digər beynəlxalq təşkilatların bu məsələdə nə dərəcədə effektiv olduğu ilə maraqlanıb.

Prezident Əliyev cavabında erməni pozuntularının pislənməsinin vacibliyini və beynəlxalq təşkilatların Azərbaycanın regional sülh və ədalətlə bağlı mövqeyini dəstəkləməsinin vacibliyini vurğulayıb.

O, həmçinin Q.Nawabın Qarabağ münaqişəsinə verdiyi töhfələri və Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini yüksək qiymətləndirib.

Pakistanlı gənc fəal Prezidentdən fitnes rejimi və ölkənin işlərini idarə edərkən fit və aktiv qalmağı necə bacardığını xəbər alıb. İ.Əliyev müntəzəm idmanın fiziki və əqli sağlamlıq üçün əhəmiyyətini vurğulayıb, gəncləri fiziki cəhətdən sağlam və xoşbəxt olmağa çağırıb.

Cənab Q.Nawab Pakistanın müstəqilliyinin 75-ci ili münasibətilə buraxılan, üzərində milli qəhrəmanların təsviri olan 75 rupilik xüsusi əskinasını xatirə olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edib.

Qeyd edək ki, cənab Nawab və Prezident Əliyev arasında dostluq görüşü Pakistan və Azərbaycan arasında möhkəm əlaqələri və onların regional sülh və rifahın təşviqinə birgə sadiqliyinin təcəssümüdür.

Aynur Camal

Oxşar xəbərlər

Putin tarix verdi: Ukraynada atəşkəs elan etdi

Aynur Camal

Meşə yanğını baş verdi

İntizar Əmirova

Skuter qəzasında bir nəfər ağır yaralandı

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu