Bugun.tv xəbər verir ki, “Qalatasaray” Sedrik Bakambu ilə 2 illik müqavilə imzaladığını açıqlayıb. Sarı-qırmızılılar ifadə haqqı üçün 700 min avro ödəyəcəklər.
Belə ki, hücum xəttini gücləndirmək istəyən sarı-qırmızılılar Sedrik Bakambu ilə anlaşıb.
Demokratik konqolu 32 yaşlı hücumçu ildə 1,5 milyon avro qazanacaq.
Bakambu sarı-qırmızılı komandada 94 nömrəli formanı geyinəcək.
Mənbə: Ensonhaber