34 C
Baku
27 İyul 2025, 13:45
Baş xəbərDünya

Qalatasaray liqanın bitməsinə 2 həftə qalmış çempionluğunu elan etdi

Bugun.tv xəbər verir ki, Spor Toto Super Liqanın 36-cı həftəsində MKE “Ankaragücü”nə 4:1 hesabı ilə qalib gələn “Qalatasaray” 2022-2023 mövsümünün bitməsinə iki həftə qalmış çempionluğunu elan edib.

Belə ki, Qalatasaray” tarixində 23-cü dəfə Türkiyə çempionluğunu qazanaraq mövsümünün qızıl medallarını əldə ediblər.

Şərhdə bildirilib ki, xallarının sayını 82-yə yüksəldən “cim-bom” ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal qabaqlayır. “Bülbüllər” son matçda qalib gəlsə belə, liderə çata bilməyib.

Bununla “Qalatasaray” həm də 4 illik çempionluq həsrətinə son qoyub. Axırıncı dəfə “Aslan” 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı.

Qeyd edək ki, “Qalatasaray” cari mövsümün son oyununu iyunun 4-də öz meydanında məhz “Fənərbağça”ya qarşı keçirəcək.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Relslərdə işləyən işçiyə dəydi

Bugün TV

Azərbaycan Hərbi Hava Qüvvələri yeni təlim dövrünə başlayıb (VİDEO)

Bugün TV

“Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım oldu”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu