10 C
Baku
13 Mart 2026, 15:13
Baş xəbər

“Qanlı Yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin rəmzidir”

Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Qanlı Yanvar hadisələrinin 36-cı ildönümü ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputat qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi düşüb. Onun sözlərinə görə, həmin tarix eyni zamanda Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin və azadlıq iradəsinin parlaq ifadəsidir.

Ceyhun Məmmədov vurğulayıb ki, doğma Vətənin, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları 36 il əvvəl həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Deputat paylaşımında keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli və ermənipərəst siyasətini, Ermənistanın əzəli Azərbaycan torpaqlarına iddialarının açıq şəkildə dəstəklənməsini və respublikanın o dövrdəki rəhbərliyinin xəyanətkar mövqeyini xatırladıb. Bildirib ki, məhz bu siyasətə etiraz olaraq ayağa qalxan dinc əhalinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda və ölkənin digər bölgələrində misli görünməmiş faciəyə səbəb olub.

Ceyhun Məmmədov qeyd edib ki, sovet qoşunlarının törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız həmin dəhşətli günlərin ağrı-acısını hələ də unutmur.

Paylaşımının sonunda deputat Ceyhun Məmmədov Vətənin müstəqilliyi və bölünməzliyi uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Aynur Camal

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu