28 C
Baku
19 İyul 2025, 11:12
Baş xəbərSiyasət

“Qanun dəyişir: Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq”

Bugun.tv xəbər verir ki, Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olunub.

Bu barədə məlumatı Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.

Millət vəkili qeyd edib ki, dəyişikliklərə əsasən dövlət büdcəsindən verilən büdcə ssudalar geri qaytarıla bilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılnacaq. Yəni, bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur.

Belə ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

Yeni dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır.

Millət vəkili Vüqar Bayramov. 

Aynur Camal

Oxşar xəbərlər

Sel nəticəsində itən körpənin axtarış-xilasetmə işləri davam edir

Bugün TV

Ağ Ev: “Rusiyanın hərb sənayesini zəiflətmək üçün Qərb sanksiyalarını sərtləşdirir”

Nigar Məmmədova

“Qızıl disk” sahiblərinə təqdim olundu – FOTO + VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu