14 C
Baku
16 Noyabr 2025, 0:19
Baş xəbərKriminal

Qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional bölməsindən Bugun.tvyə verilən məlumata görə, Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

Monitorinq zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Şəmkir rayon sakini Vüqar Həsənov saxlanılıb. Onun ovladığı “şəhmayı”, “çəki” və “daban” (karas) balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. V. Həsənov barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən anoloji tədbirlər davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Dövlət sərhəddini pozmağa cəhd edən şəxslərdən narkotik vasitə və silah aşkarlanıb – FOTO

Teymur Əziz

“CinemaPlus” Dubayda keçirilən forumda Azərbaycanı təmsil etdi

Kəmalə Sultan

Reuters xəbər agentliyinin əməkdaşı Evans Ukraynaya raket hücumu nəticəsində həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu