17 C
Baku
10 İyun 2025, 9:25
Kriminal

Qanunsuz balıq ovu ilə məşğul daha bir nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslər müəyyən edilib. Məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilib.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verib. Polis əməkdaşlarının Neftçala rayonunun Mayak kəndi ərazisində aparıqları profilaktiki-nəzarət tədbirləri zamanı Xəzər dənizində kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə balıq ovlayan rayonun Kürkənd kənd sakini E.Şirəliyev saxlanılıb.

Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış 40-dan çox şamayı, külmə, kütüm, qarabel siyənək və kefal balığı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Silahlı hücum oldu: 1 ölü var

Bugün TV

Davanı dağıtmağa çalışan polis məmuru bıçaqla yaralandı

Bugün TV

3 terrorçu zərərsizləşdirildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu