29 C
Baku
28 İyun 2025, 18:14
Baş xəbərKriminal

Qanunsuz dövriyyədən 35 kiloqram narkotik vasitə çıxarıldı

Bugun.tv xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında tədbir görülüb. Əməliyyat zamanı rayonun Barlı kənd sakini Rafiq Mirişov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindən R.Mirişov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 35 kiloqramdan artıq quru və yaş halda çətənə (kannabis) kolları aşkar edilib. Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rafiq Mirişovun barəsində həbs qətimkan tədbiri seçilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Cənubi Koreya, ABŞ və Yaponiya ilk birgə hərbi hava təlimi keçirdi

Bugün TV

İsveç Xarici İşlər Nazirliyi anti-İslam hərəkətini pislədi

Nigar Məmmədova

Lenovo, ekranın altında veb kamerası olan dünyanın ilk noutbukunu təqdim etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu