7 C
Baku
7 Fevral 2026, 14:36
Baş xəbərDigərHadisə

Qanunsuz fəaliyyət göstərən kömür quyuları aşkarlandı

Bugun.tv xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Muxas kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

DİN – in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə bildirilir ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri – Bəhrul Cumayev və Rəşad Əhmədov olduqları müəyyən edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu