24 C
Baku
11 Sentyabr 2025, 4:51
Baş xəbərKriminal

Qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkarlandı

Göyçayda qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkarlanıb.

Bugun.tv-yə daxil olan məlumata görə, hadisə Baş İctimai Təhlükəsizlik İdarəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı Elnur Beydullayevə məxsus Kürdəmiş kəndində yerləşən taxta emalı sexinə baxış keçirilərkən oradan 4 ədəd dəzgah, 1177 ədəd taxta yeşik, qoz və qovaq ağaclarının gövdələri aşkarlanıb.

Davam etdirilən tədbirlərlə rayonun Cəyirli kəndində də qanunsuz olaraq fəaliyyət göstərən daha 2 taxta emal edən sex müəyyən edilib. Belə ki, Əli Mahmudovun işlətdiyi sexdən 2 ədəd dəzgah, 1200 ədəd taxta yeşik, qovaq ağacının hissələri, Alim Əhmədova məxsus sexdən isə iki elektrik mişarı, qovaq, fıstıq və qoz ağaclarından hazırlanmış taxta yeşiklər aşkarlanıb.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Aynur Camal

Oxşar xəbərlər

Narkotik satan və qanunsuz silah gəzdirən 49 nəfər saxlanıldı-FOTOLAR

Nigar Məmmədova

Geosiyasi reallıqlar fonunda Almaniya-Azərbaycan münasibətləri mühüm önəm kəsb edir

Aynur Camal

BMT Baş Assambleyasında bir ilk: Fələstinin İsrailə müraciəti qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu