36 C
Baku
20 İyul 2025, 15:14
Baş xəbərSosial

Qanunsuz işləyən anbarın fəaliyyəti məhdudlaşdırılıb

Bugun.tv xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, N.Gəncəvi küçəsində fəaliyyət göstərən və fiziki şəxs İsmayılov Nəcbəddin İsmayıl oğluna məxsus anbarda yararsız pendir məhsullarının qablaşdırılması və etiketlənməsi ilə bağlı daxil olan vətəndaş müraciəti əsasında yoxlama aparılıb.Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Anbarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyə uyğun olaraq etiket və markalanması olmayan 220 kiloqram “saçaq” pendir, 90 ədəd 250 qramlıq “mozzarella” pendiri, ümumi çəkisi 145 kiloqram sosiska məhsulu, 350 kiloqram pendir, 56 kiloqram süzmə şor və istifadə müddəti bitmiş 7 ədəd 16 kiloqramlıq qatıq aşkarlanıb.Həmçinin məhsulların divar və döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, işçi heyətin dolablar, sanitar məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsi və xüsusi geyimlərlə (saç toru, önlük, xalat, əlcək və s.) təmin edilmədiyi, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı açıq zibil qutularında saxlanıldığı məlum olub. Sosiska məhsullarının müşayiətedici sənədləri və işçilərin dövri tibbi müayinədən keçmələrinə dair sənədlər yoxlamaya təqdim edilməyib.Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

5 lisey şagirdi zəhərlənərək xəstəxanaya yerləşdirildi

İntizar Əmirova

YAP Gəncə şəhər təşkilatı 30 illik yubileyini qeyd edib-FOTO

Nigar Məmmədova

Bu gün Bakı bulvarının banisi Məhəmmədhəsən Hacınski anadan olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu