14 C
Baku
22 Noyabr 2024, 3:47
Baş xəbər

Qanunsuz kömür istehsalı və ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının ekoloji mühitin qorunması və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib. Əməliyyat zamanı rayonun İncilli kəndi ərazisində qanunsuz kömür istehsalı faktı aşkar olunub.

Həmin faktla bağlı Cəlilabad RPŞ-də qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

Bundan əlavə, şöbə əməkdaşlarının sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Cəlilabad şəhəri ərazisində keçirdikləri tədbirlər zamanı isə məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokollar tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

13-cü əsrə aid 3 İbranicə kitab ələ keçirilib

Bugün TV

Abbas: İki dövlətli həll Qəzzaya hücumların dayandırılmasından asılıdır

Aynur Camal

Yol qəzası oldu: 1 nəfər öldü, 2 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu