27 C
Baku
28 İyul 2025, 0:50
Baş xəbərKriminal

Qanunsuz olaraq meşədən ağaclar kəsildi

Meşələrin İnkişafı Xidmətinin verdiyi məlumata əsasən,  bu gecə saatlarında Masallıda Qəriblər meşəbəyliyinin 8 saylı dolayında qanunsuz olaraq ağaclar kəsilib.

Qeyd edilib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları Mersedes markalı 99 TH 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ağacların daşınmasının qarşısını alıb.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, ağac materialı yüklənmiş nəqliyyat vasitəsi Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilərək boşaldılıb.

“Bununla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hazırda araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

İtmiş təyyarənin axtarışları 11 ildən sonra yenidən başladı

Aynur Camal

“Sərhəd” hərbi-idman oyunları başa çatdı

Aynur Camal

Sosial mediada PKK təbliğatı aparan 4 şüphəliyə həbs cəzası

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu