19 C
Baku
8 Sentyabr 2024, 3:22
Baş xəbərHadisəKriminal

Qanunsuz olaraq odlu silah saxlama və yerin təkindən istifadə faktları aşkarlandı.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə  verilən məlumata, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində növbəti profilaktiki tədbirlər keçirilib. Tədbirlər zamanı 3 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkar edilib. Həmin faktlarla bağlı qanunamüvafiq tədbirlər görülməklə silahlar aidiyəti üzrə təhvil verilib.

Bundan əlavə, şöbə əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə keçirdikləri tədbirlər zamanı Xəzər dənizinin rayon ərazisindəki sahil zonasından qanunsuz qum daşınması ilə bağlı 2 fakt aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsilə inzibati qaydada protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

BMT Rusiyaya taxıl sazişi ilə bağlı konkret təkliflərlə məktub göndərib

Bugün TV

Daxili Qoşunların yaranmasından 31 il ötür

Nigar Məmmədova

Putin: Bütün əzablara baxmayaraq, mən hesab edirəm ki, biz mülki əhali haqqında da düşünməliyik

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu