28 C
Baku
10 Sentyabr 2025, 19:35
Baş xəbərKriminal

Qanunsuz saxlanılan odlu silah təhvil verildi

Bugun.tv xəbər verir ki, DİN-in vətəndaşlara müraciətini sosial şəbəkələrdə dinləyən Qobu qəsəbəsi sakini qanunsuz saxladığı odlu silahını polisə təhvil verib.

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə müraciət edən qəsəbə sakini 1980-ci il təvəllüdlü R.Dostalıyev 1998-ci ildə dünyasını dəyişən babası N.Dostalıyevdən qalan müvafiq səbədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq Bölmə əməkdaşlarına təhvil verib.
Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

“İnklüzivliyin Sirri 2” adlı tədbir tədbiri baş tutdu

Aynur Camal

Sosial mediada dələduzluqda təqsirləndirilən 27 nəfər saxlanılıb

Teymur Əziz

“Bu bizim dostluğumuzun simvoludur” – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu