Baş xəbərKriminal

Qanunsuz saxlanılan odlu silah təhvil verildi

Bugun.tv xəbər verir ki, DİN-in vətəndaşlara müraciətini sosial şəbəkələrdə dinləyən Qobu qəsəbəsi sakini qanunsuz saxladığı odlu silahını polisə təhvil verib.

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə müraciət edən qəsəbə sakini 1980-ci il təvəllüdlü R.Dostalıyev 1998-ci ildə dünyasını dəyişən babası N.Dostalıyevdən qalan müvafiq səbədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq Bölmə əməkdaşlarına təhvil verib.
Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu