DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı nəzarət-profilaktiki tədbirlərin keçirilməsi davam etdirilir.
Əməliyyatlar nəticəsində Quba rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd “Toz” markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

