33 C
Baku
20 İyul 2025, 19:57
Baş xəbərHadisəKriminal

Qanunsuz silah-sursat əldə edib saxlayan şəxs saxlanıldı

Bugun.tv xeber verir ki, Ağcabədidə keçirilən əməliyyat zamanı qanunsuz silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini cinayət məsuliyyətinə cəlb edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına qanunsuz silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən şəxs barəsində əməliyyat məlumatı daxil olub. Məlumat əsasında keçirilmiş tədbirlərlə rayonun Muğanlı kənd sakini Rafiq Vəliyev idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı yük yerindən 1 ədəd nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı və 5 ədəd 7.62 kalibrli patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı həmin silah-sursatı bir müddət əvvəl Qarqar çayının sahilindən tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb. Adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Casio Parlaq, İdman G-Shock Saatlarını Çıxarır

Aynur Camal

İsveçrə bankı Pictet vergidən yayınmağa kömək etdiyinə görə cərimələndi

Kəmalə Sultan

Dinləmə qalmaqalına BMT-dən reaksiya

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu