Baş xəbərDünya

Qapısı açıq havaya qalxan kiçik təyyarə dayanacağa çırpıldı

Pensilvaniyanın Lancaster qraflığında havaya qalxarkən qapısı açıq olan kiçik təyyarə şəhərətrafı dayanacaqda qəza enişi edib və alovlanıb. Həmin an kameralar qeyd edirdi.

Rəsmilərin sözlərinə görə, təyyarə planlaşdırıldığı kimi bazar günü günortadan sonra havaya qalxıb, lakin qapısı açıq olduğundan dərhal geri qayıtmaq istəyib. Hava nəqliyyatının idarəedici qeydlərindən alınan məlumata görə, pilotun təcili eniş etmək üçün dönmə tələb etdiyi, lakin açıq lyukun yaratdığı küləyin səsi səbəbindən radio əlaqəsində problem olduğu eşidildi.

Hava dispetçerlərindən biri vəziyyəti bu sözlərlə bildirdi: “Çıxın… Təyyarə terminalın düz arxasındakı dayanacağın meşəlik sahəsinə düşdü”.

 Yanğın və yaralı

Təyyarə Fairview Drive və Meadowview Court arasında qəzaya uğrayıb, böyük yanğına səbəb olub və dayanacaqda olan bir çox avtomobil alovlara qərq olub. Hadisə yerinə dərhal tibb briqadaları, təcili yardım maşınları və yanğınsöndürmə briqadaları göndərilib. Səlahiyyətlilər qəzada çoxlu yaralananların olduğunu və xəsarət alanlardan bəzilərinin yanıq xəsarətlərindən müalicə olunduğunu bildiriblər. Hadisə yerindən çəkilən görüntülərdə Beechcraft A36TC olduğu güman edilən təyyarənin Manheim qəsəbəsindəki dayanacaqda dayanan maşınlarla birlikdə yanmağa başladığı görülüb. Hadisə şahidləri bildiriblər ki, təyyarə yerə çırpıldıqdan sonra qatı qara tüstü qalxıb.

Bildirilib ki, qəzanın baş verdiyi dayanacaq Lancaster hava limanından cəmi iki küçə aralıda yerləşir və Fairview Meadows adlı qocalar evinə xidmət göstərir. Səlahiyyətlilər təyyarədə neçə nəfərin olduğu barədə dəqiq məlumatın hələ təsdiqlənmədiyini açıqlayıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Vladimir Putin: BRİKS-in qapısı yeni üzvlər üçün açıqdır

Aynur Camal

Dəniz səviyyəsi normallaşdı

Teymur Əziz

2 qardaş suda boğuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu