6 C
Baku
25 Fevral 2026, 14:01
Dünya

Qar fırtınası həyatı iflic etdi

ABŞ qar fırtınası, şimal-şərq ştatları hava, Rhode Island 96 sm qar, New York fövqəladə vəziyyət, ABŞ elektrik kəsintisi, FlightAware ləğv edilən reyslər, Connecticut qar böhranı, Atlantik sahili fırtına.

ABŞ-ın şimal-şərq ştatlarında güclü qar fırtınası və sərt soyuq hava şəraiti gündəlik həyatı demək olar ki, iflic edib. Bəzi bölgələrdə qarın qalınlığı 96 santimetrə çatıb.

Atlantik okeanı sahilində yerləşən Maryland, Delaware, New York, New Jersey, Connecticut, Rhode Island və Massachusetts ştatlarında həyat ciddi şəkildə pozulub.

New York, New Jersey və Connecticut ştatlarında fövqəladə vəziyyət elan olunub. Məktəblər və bir çox dövlət qurumu iki günlük bağlanıb, özəl sektorda isə çoxsaylı müəssisələr fəaliyyətini dayandırıb.

Qar təmizləmə texnikası əsas yolları açsa da, ara küçələr və səkilərin böyük hissəsi hələ də qar altındadır. New York və Connecticut-da bəzi nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti qadağa qoyulub, icazə verilən avtomobillər üçün isə sürət limiti tətbiq edilib.

Ən çox qar Rhode Island-da yağıb

Ən yüksək qar göstəricisi Rhode Island ştatının paytaxtı Providence yaxınlığında qeydə alınıb. T. F. Green International Airport ərazisində təxminən 96 santimetr qar ölçülüb. Bildirilir ki, bu miqdarda qar sonuncu dəfə 1978-ci ildə qeydə alınmışdı.

Bəzi bölgələrdə küləyin sürəti Rhode Island-da saatda 143 km, New York-da 135 km, Massachusetts-də isə 133 km-ə çatıb.

Elektrik kəsintilərini izləyən PowerOutage platformasının məlumatına görə, yüz minlərlə abonent işıqsız qalıb. Ən çox elektrik kəsintisi Massachusetts ştatında qeydə alınıb – 270 mindən çox abonent.

Aviasiya sahəsində də ciddi problemlər yaşanır.

FlightAware məlumatına əsasən, bazar günündən etibarən 11 mindən çox reys ləğv edilib, 21 mindən çox uçuş isə saatlarla gecikib.

Connecticut-un bəzi bölgələrində qarın qalınlığı 70 santimetri ötüb və sakinlərin bir qismi evlərində mahsur qalıb. Bir çox vətəndaş qar kürəyi ilə yol açmağa çalışıb, bəziləri isə qarın təmizlənməsi üçün xüsusi texnikaya yüzlərlə dollar ödəməli olub.

ABŞ Milli Hava Xidməti yaxın günlərdə bölgədə yenidən qar yağacağı ilə bağlı xəbərdarlıq edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Fransa: Louvre Muzeyinin direktoru istefa etdi

Aynur Camal

Kanada Ukrayna’ya 2 milyar dollarlıq yardım edəcək

Aynur Camal

Zaxarova Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı zarafat edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu