7 C
Baku
15 Dekabr 2025, 7:05
Hadisə

Qar uçqununda 8 nəfər həlak oldu

Bugun.tv xəbər verir ki, çərşənbə günü Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi Xoroq şəhərində bir neçə evin üzərinə düşən qar uçqunu nəticəsində ikisi uşaq olmaqla 8 nəfər həlak olub. Respublikanın Fövqəladə Hallar Komitəsindən verilən məlumata görə, ölkənin digər regionlarında daha iki nəfər qar uçqununun qurbanı olub. Xoroqda baş vermiş təbii fəlakətdən sonra xilasedicilərin səyi ilə 9 nəfər uçqun altından sağ-salamat çıxarılıb. Ölənlərin arasında biri qız, digəri oğlan olmaqla iki 4 yaşlı uşağın, həmçinin dörd qadının olduğunu vurğulanıb. Ümumilikdə Xoroq şəhərində qar uçqunu nəticəsində 22 evə ziyan dəyib.

Bugün TV

Oxşar xəbərlər

Qərb bölgəsinə yağan yağışlar problemlər yaratdı- FOTO + VİDEO

Kəmalə Sultan

Çətənə bitkiləri aşkar edildi

Kəmalə Sultan

Çempionlar Liqasının fenomeni Eylül Öztürk səssizliyini pozdu!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu