19 C
Baku
8 Sentyabr 2024, 3:39
Kriminal

“Qara bazar”da dəyəri 5 milyon manat olan narkotik vasitə ələ keçirildi

Bugun.tv xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi fevral ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 40-dan artıq əməliyyat keçirib. Nəticədə 52 nəfər və *3 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan şəxslərdir. Əməliyyatlarla “qara bazar”-da dəyəri 5 milyon manat olan 151 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 4751 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslərin əksəriyyətinin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri əsasən paytaxt ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub. Dindirilmə zamanı saxlanılan şəxslərin əksəriyyətinin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri əsasən paytaxt ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.

Saxlanılan şəxslərin əksəriyyətinin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri əsasən paytaxt ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.
Masallı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan dəstə üzvləri müqavimət göstərərək qaçmağa çalışsalar da, polis əməkdaşlarının sayıqlığı nəticəsində bu cəhdin qarşısı alınıb. Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilib.

Bugün TV

Oxşar xəbərlər

Əsgərlər fələstinli yeniyetməni öldürdü

Bugün TV

Qanunsuz saxlanılan odlu silahları könüllü təhvil verildi

Kəmalə Sultan

Bazarda bıçaq dəhşəti: 1 ölü, 2 yaralı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu