23 C
Baku
9 İyun 2025, 21:42
Maraqlı faktlar

Qara dəliklə bağlı xəbər var – ARAŞDIRMA

Bugun.tv xəbər verir ki, Chandra X-şüaları Rəsədxanasının məlumatlarını araşdıraraq, tədqiqatçılar qara dəlik axınlarından (reaktiv) yayılan rentgen şüalarında dalğalanmalar aşkar ediblər.

Araşdırmalara görə, qara dəlik reaktivlərinin rentgen şüalarının emissiyalarının cəmi bir neçə il ərzində dəyişir. Rəsədxananın arxiv məlumatlarını təhlil edən elm adamları Çandranın çoxsaylı müşahidələr apardığı 53 qara dəlik reaktivi içərisində 155 fərqli yeri araşdırıblar.

Tədqiqatçılar qeyd ediblər ki, reaktivlərin rentgen şüalarını necə əmələ gətirdiyinə dair ən sadə fərziyyə, hissəciklərin qalaktikanın mərkəzində cərəyanlar yayan qara dəlik “mühərrikində” sürətlənməsini və rentgen şüalarının emissiyalarının zamanla dəyişməyəcəyini nəzərdə tutur.

Digər tərəfdən, son tədqiqatlar reaktivlərin uzanması boyunca rentgen emissiyalarında sürətli dalğalanmalarını aşkar edib.

Teleskoplara çatan məlumatlarda uzaqdakı qara dəlik reaktivlərinin görüntülərinin kainatın daha köhnə dövrlərini əks etdirdiyi nəzərə alınıb. O dövrdə kainatın kiçik olması və daha yüksək ətraf radiasiyasının reaktivlərdə rentgen şüalarını daha sabit hala gətirdiyi bildirilib.

Mənbə: Ensonhaber

Teymur Əziz

Oxşar xəbərlər

YouTube-a 13 milyarddan çox video yüklənib

Bugün TV

Avtomobil yolu olmayan kənd – FOTO

Aynur Camal

Alimlər dənizlərin istiləşməsi səbəbindən nəsl kəsilməsini proqnozlaşdırırlar ​

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu