21 C
Baku
12 Sentyabr 2025, 6:16
Dünya

Qara dənizdə 19 delfin ölü tapıldı

Rusiyanın Qara dəniz sahilində Krasnodarda neft tankerinin batması nəticəsində 19 delfin ölü tapılıb.

Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazında Rusiyaya məxsus “Volqoneft 212” neft tankerinin ikiyə bölünməsi nəticəsində baş vermiş neft sızmasının yaratdığı ekoloji fəlakətin nəticələri Rusiyanın cənubunda davam edir. Delfa Delfin Xilasetmə Mərkəzindən verilən açıqlamada, sızmanın başladığı dekabrın 15-i ilə dekabrın 23-ü arasında Krasnodarda 19 delfin ölü tapıldığı bildirilib. Bildirilib ki, ölümlər neftdən yaranan kəskin zəhərlənmə nəticəsində baş verib.

NƏ BAŞ VERMİŞDİ?

Xatırladaq ki, cari ayın 15-də Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazında güclü fırtınaya düşən “Volqoneft 212” neft tankeri ikiyə bölünərək batıb, “Volqoneft-239” tankeri sürükləndi. İkiyə bölünən tankerdən neft sızdı və 4 min tondan çox neft ekoloji fəlakətə səbəb oldu.

Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları və könüllüləri çimərliklərdə yığılan neftin təmizlənməsini davam etdirir.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Birinci xanım Ərdoğan Nyu Yorkda Afrika yemək mədəniyyətinin tanıtım proqramında çıxış edib

Aynur Camal

İngiltərədə kimyəvi hücum panikası: İnsanlar şlanqla yuyuldu

Kəmalə Sultan

Mitsotakis böyük qələbə qazanır – hökuməti qurmaq tapşırığı ona verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu