Dünya

Qara dənizdə 19 delfin ölü tapıldı

Rusiyanın Qara dəniz sahilində Krasnodarda neft tankerinin batması nəticəsində 19 delfin ölü tapılıb.

Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazında Rusiyaya məxsus “Volqoneft 212” neft tankerinin ikiyə bölünməsi nəticəsində baş vermiş neft sızmasının yaratdığı ekoloji fəlakətin nəticələri Rusiyanın cənubunda davam edir. Delfa Delfin Xilasetmə Mərkəzindən verilən açıqlamada, sızmanın başladığı dekabrın 15-i ilə dekabrın 23-ü arasında Krasnodarda 19 delfin ölü tapıldığı bildirilib. Bildirilib ki, ölümlər neftdən yaranan kəskin zəhərlənmə nəticəsində baş verib.

NƏ BAŞ VERMİŞDİ?

Xatırladaq ki, cari ayın 15-də Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazında güclü fırtınaya düşən “Volqoneft 212” neft tankeri ikiyə bölünərək batıb, “Volqoneft-239” tankeri sürükləndi. İkiyə bölünən tankerdən neft sızdı və 4 min tondan çox neft ekoloji fəlakətə səbəb oldu.

Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları və könüllüləri çimərliklərdə yığılan neftin təmizlənməsini davam etdirir.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu