İdman

“Qarabağ” 7 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb.

Bugun.tv xəbər verir ki, Azərbaycanın 3 komandası siyahıya düşüb.

502 klubun qərarlaşdığı cədvəldə ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun kollektivi 7 pillə irəliləyərək, 139 xalla 78-ci pillədə özünə yer tapıb. “Neftçi” (66,5 xal) 385-ci yerdən 290-cı pilləyə, “Zirə” (50,25) isə 577-ci pillədən 478-ci yerə yüksəlib.

Dünya reytinqinə yenə “Flamenqo” (299) başçılıq edir. Braziliya klubunu ölkənin digər təmsilçisi “Palmeyras” (284) izləyir. İlk “üçlüy”ü isə “Liverpul” (İngiltərə  – 273) qapayır.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Sumqayıt” növbəti transferini gerçəkləşdirdi

Nigar Məmmədova

“Beşiktaş”la razılaşan Jan Onana İstanbula gəlir

Bugün TV

“Yuventus” – “Milan” yoldaşlıq görüşü heç-heçə ilə başa çatdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu