11 C
Baku
19 Mart 2026, 22:12
Dünya

“Qarabağ iqtisadiyyatın yeni inkişaf drayverinə çevrilir”

İqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında Qarabağda aparılan bərpa və quruculuq işləri ilə bağlı paylaşım edib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası istiqamətində görülən işlərlə tanış olublar. O qeyd edib ki, dövlət başçısı artıq altıncı ildir Novruz bayramını Qarabağda qeyd edir.

Paylaşımda vurğulanıb ki, Ermənistanın işğalı nəticəsində dağıdılmış Qarabağ əraziləri 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra sürətli bərpa mərhələsinə keçib. Son 6 ildə işğaldan azad olunmuş ərazilər ölkə rəhbərliyinin siyasəti ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Deputatın sözlərinə görə, bu müddətdə 70 mindən çox vətəndaş Qarabağda yaşayaraq işləməyə və təhsil almağa başlayıb. Dövlət büdcəsindən bölgənin bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb və bu il üçün ən azı 3,5 milyard manatın yönəldilməsi nəzərdə tutulur.

Vüqar Bayramov qeyd edib ki, son 6 ildə Qarabağ və Şərqi Zəngəzurda 30 minə yaxın keçmiş məcburi köçkün daimi məskunlaşıb ki, bu da 7200-dən çox ailənin mənzillə təmin olunması deməkdir. 2026-cı ilin ilk iki ayında isə 3 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb və 700-dən artıq ailə evlə təmin edilib.

Deputat əlavə edib ki, yaxın illərdə 15 milyard manata yaxın yeni iqtisadi dəyər formalaşdırmaq potensialına malik olan Qarabağ regionu Azərbaycanın əsas iqtisadi inkişaf mərkəzlərindən birinə çevrilməkdədir.

Aynur Camal

Oxşar xəbərlər

İspaniya hərbçiləri Türkiyə üzərindən təxliyə olunur

Aynur Camal

İsrailin Hayfa şəhərində neft obyektində partlayış: göyə qara tüstü qalxdı

Aynur Camal

Makron Yaxın Şərqdə bayram günlərində atəşkəsə çağırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu