17 C
Baku
18 Oktyabr 2024, 7:49
İdman

“Qarabağ”-“Neftçi” qarşılaşması heç-heçə bitdi

Bu gün Misli Premyer Liqasında XXIV tura yekun vurulub.

Bugun.tv xəbər verir ki, turun sonuncu matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında baş tutub.

Avrokuboklarda mübarizəni dayandıran Ağdam klubu Azərbaycan derbisində qazanılacaq qələbə ilə Belçikadakı uğursuzluğu unutdurmağa çalışıb. “Neftçi” isə əzəli rəqibinin zirvədəki mövqeyini daha da möhkəmləndirməməsi üçün əlindən gələni edib. Hesabı da qonaqlar açıblar. Amma Ağdam klubu matçın sonlarında hesaba tarazlıq gətirməyi bacarıb. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun daha öncə baş tutan oyunlarında “Səbail” – “Qəbələ” matçı heç-heçə (2:2) bitibsə, “Turan Tovuz” “Zirə”yə (0:2), “Sumqayıt” “Kəpəz”ə (1:2) uduzub, “Şamaxı” da “Sabah”ı məğlub yola salıb.

Misli Premyer Liqası

XXIV tur

27 fevral

“Qarabağ” – “Neftçi” 1:1

Qol: H.Haqverdi, 83-öz qapısına – K.Lebon, 33.

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.

Bakı. “Azersun Arena”, 20:00.

 

Qarabağ: 23. Luka Quqeşaşvili, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 99. Redon Cica, 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 20. Riçard Almeyda, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao.

Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.

Baş məşqçi: Laurentsiu Regekampf.

Nigar Məmmədova

Oxşar xəbərlər

Musa Qurbanlı “Poqon” klubunun maraq dairəsindədir

Nigar Məmmədova

Braziliyada matəm elan olundu – FOTO

Nigar Məmmədova

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirildi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu