10 C
Baku
22 Dekabr 2024, 15:55
İdman

“Qarabağ” – “Qalatasaray” matçına maraq niyə azalıb?-AÇIQLAMA

Bugun.tv xəbər verir ki, martın 26-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Qarabağ” – “Qalatasaray” oyununa marağın azaldığı müşahidə olunub. İki gün əvvəl qarşılaşmaya 55 min bilet satıldığı halda, indi bu rəqəm 57 minə qalxıb.

Məsələ ilə bağlı “Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klubun sözçüsü marağın azalmasının səbəbini açıqladı. Eyni zamanda, azarkeşləri qardaşlıq matçına səslədi.

G.Abbaszadə qarşılaşma üçün ucuz biletlərin hamısının satıldığını qeyd etdi. Satışda ancaq 30, 50, 100 manat civarında olan biletlərin qaldığını bildirdi.

“Fürsətdən istifadə edib azarkeşlərimizi xeyriyyə məqsədi daşıyan qardaşlıq oyununa dəvət edirəm. Yəqin ki, marağın azalmasına səbəb, oyunun həm bayram günlərinə təsadüf etməsi, həm də ucuz biletlərin tükənməsidir”,- klub rəsmisi  vurğuladı.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu 68,700 nəfərdir. “Qarabağ” – “Qalatasaray” matçına 62 mindən artıq bilet satışa çıxarılıb.

Xatırladaq ki, qarşılaşma martın 26-ı saat 20:00-da baş tutacaq.

Oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım üçün göndəriləcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

Kelvin Kiptumun ölümü ilə bağlı Marafon İcması üçün faciəli xəbər

Bugün TV

Quba polisi Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarış keçirdi

Teymur Əziz

Qurban Qurbanov “İlin məşqçisi” seçildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu