İdman

“Qarabağ” – “Qalatasaray” oyununa bilet satışı rekord həddə çatdı-YENİLƏNİB

“Qarabağ” və “Qalatasaray” klubları arasında baş tutacaq oyunun biletləri bu gün saat 11:00-da satışa çıxarılıb. Artıq  50 minə yaxın bilet satılıb.

Bu barədə Bugun.tv-yə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Qeyd edək ki, iki komanda arasında keçiriləcək qardaşlıq görüşü xeyriyyə məqsədi daşıyır. Oyundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım üçün göndəriləcək.

Xatırladaq ki, oyun 26 mart tarixində Bakı vaxtı ilə saat 20:00-da tamaşaçı tutumu 68700 olan Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bugün TV

Oxşar xəbərlər

Bu gün Qış Olimpiya Oyunlarının açılış mərasimi Milan San Siroda keçiriləcək

Aynur Camal

Dünya Qlobal Snooker Grand Prix 2026 Hong Konqda başladı: ilk qarşılaşmalar

Aynur Camal

Pakistanın baş naziri Hindistana qarşı T20 Dünya Kuboku matçını boykot etməyi “uyğun qərar” adlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu