13 C
Baku
13 Aprel 2026, 16:46
Baş xəbər

Qarabağ Universitetinə dekan təyin olundu

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Hüseyn Mirzəyev Mühəndislik fakültəsinə dekan təyin olunub.

Bugun.tv “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində mühəndis-mexanik ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alıb, texnika elmləri üzrə fəlsəfə doktorudur.

Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində assistent, baş müəllim, dosent və “Müasir mexaniki intiqallar” elmi-tədqiqat laboratoriyasında baş elmi işçi vəzifələrində çalışıb. Bundan əlavə, Qazi Universiteti, İstanbul Texniki Universiteti və Cənubi Koreyanın İnha Universitetində elmi-tədqiqat işləri, həmçinin mübadilə proqramlarında iştirak edib.

H. Mirzəyev bir sıra elmi məqalə, kitab və patentlərin müəllifidir. O, Azərbaycan, rus, ingilis və alman dillərini bilir.

Hüseyn Mirzəyev bu təyinatadək Bakı Mühəndislik Universitetində Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışıb, həmçinin mühəndislik və layihə idarəetməsi üzrə müxtəlif fənləri tədris edib.

Mənbə: Azərbaycan Müəllimi

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu