Baş xəbər

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramları genişləndirilir

İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təmin işlərində işəgötürənlərlə fəal əməkdaşlıq həyata keçirilir. Aktiv məşğulluq proqramlarının bütün istiqamətlərini əhatə edən bu əməkdaşlıq getdikcə genişlənir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət və özəl sektordan olan daha bir qrup işəgötürənlə keçirilən görüşdə bildirilib.

Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Təmiz Şəhər” ASC, Dövlət Su Ehtiyatları Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, “Azərelektrik Tikinti Quraşdırma” MMC, “AZConstruction” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Körpü-Bina-Tikinti” MMC, “Nort Vest Konstrakşn” MMC, “Polat Yol Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nin və “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filiallarının nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad edilmiş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları, bu sahədə görülən işlərin nəticələri barədə məlumat verib.

Həmçinin, öz yurdlarına qayıdan insanların peşə bacarıqlarının artırılması, onlar üçün kənd təsərrüfatı, tikinti, turizm, sənaye və s. sahələr üzrə peşə hazırlığı kurslarının təşkili işlərinin aparıldığı bildirilib. Bu kursların təşkilində də özəl tədris müəssisələri ilə əməkdaşlıq edildiyi qeyd olunub.

Görüşdə həmin ərazilərdə məşğulluq imkanlarının artırılması istiqamətində işəgötürənlərlə birgə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Aynur Camal

“28 May – Müstəqillik Günü” və “Vindzor Kral Atçılıq Şousu-2023’’ tədbiri keçirilib

Aynur Camal

Zelenski və Bayden Yaponiyada G7 sammitində görüşdülər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu