9 C
Baku
11 Yanvar 2025, 5:49
Baş xəbər

“Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur”

“Prezident İlham Aliyev-in yerli mediaya verdiyi müsahibədə diqqətçəkən məqamlardan biri də Böyük Qayıdışla bağlı danışarkən idarəetmə məsələsinə toxunması oldu. Sitat: “Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir.”

Bugun.tv xəbər verir ki, bu barədə politoloq Aqil Məmmədov öz FaceBook hesabında yazıb.

Onun sözlərinə görə, prezidentin bu bəyanatı, ilk növbədə, iqtisadi-modernləşmə islahatlarının təkcə Qarabağ və Şərqi Zəngəzur-la məhdudlaşmayacağını göstərir. Yəni, pilot layihə kimi 2021-ci ildən həyata keçirilən bu prosesin real nəticələri təhlil edilir və həmin nəticələrə əsasən mexanizmin ölkənin digər bölgələrinə tətbiqi nəzərdə tutulur.

Prezident çıxışında “idarəetmə, infrastruktur və yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək” deməklə, faktiki olaraq mövcud idarəetmə mexanizminin yenilənəcəyinə işarə etdi. Hal-hazırda Azərbaycanın şəhər və rayonlarında yerli icra hakimiyyəti strukturları fəaliyyət göstərir. İcra başçısının təyin olunması, onun səlahiyyət çərçivəsi və buna paralel fəaliyyət göstərən bələdiyyələrin məhdud rolu zaman-zaman müzakirə predmetinə çevrilir. Son illərdə yerli icra hakimiyyətlərinin ləğvi, əvəzində daha səlahiyyətli bələdiyyə orqanlarının yaradılması, yaxud yeni regional idarəetmə modellərinin tətbiqi barədə müzakirələr aparılır.

Bu istiqamətdə keçiriləcək islahatlar konstitusiya dəyişikliklərini zəruri edə bilər. Belə ki, icra hakimiyyətlərinin ləğvi və ya səlahiyyətlərinin fərqli qurumlara ötürülməsi, əsasən konstitusiya səviyyəsində yenilənməni tələb edir.

Bu baxımdan, Prezidentin son açıqlaması Vahid Baş Plan konsepsiyasının təkcə texniki-infrastruktur layihələrini deyil, inzibati sahədə də ciddi yenilikləri əhatə etdiyini və bununla bağlı referendum ehtimallarını gücləndirdiyini göstərir. Ehtimal etmək olar ki, Qarabağ və Şərqi Zəngəzurda formalaşan idarəetmə modeli test mərhələsini artıq başa vurub və “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu islahatlar gündəmə gətiriləcək.

Yeni mexanizmin bütün ölkədə tətbiq edilməsi, qərar qəbuletmə və idarəetmə mexanizminin çevikliyini artırmaqla yanaşı, regionlara yeni investisiyaların cəlb olunması prosesini də sürətləndirə bilər”.

Politoloq Aqil Məmmədov. 

Aynur Camal

Oxşar xəbərlər

ÜST: COVID JN.1-in yeni variantı qlobal miqyasda sürətlə yayılır

İntizar Əmirova

Avtomobil qarda aşan yük maşınına çırpıldı: 3 nəfər yaralandı

Bugün TV

10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu