27 C
Baku
7 Sentyabr 2025, 13:07
Baş xəbər

Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırdılar

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.

Bugun.tv AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Dövlət qurumlarının əməkdaşlarına iki günlük təlim təşkil olundu

Elnarə Dərziyeva

General-leytenant Mustafa Oğuz ölkəmizdə rəsmi səfərdədir

Aynur Camal

Şima Açan Kanadanın ilk türk millət vəkili oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu