22 C
Baku
26 İyun 2025, 21:53
Baş xəbərSosial

Qarabağdakı erməni icması ya qanunauyğun şəkildə yaşamalı, ya da çıxıb getməlidir.

Yevlaxda tadbir

“Köçkünlərin fikirləri birgəyaşayışla bağlı gələcəkdə dövlət proqramının hazırlanmasında əhəmiyyətli rol oynaya bilər”

“30 il öncə Qarabağda ermənilərlə birgə necə yaşayırdınız? Hansı şəraitdə birgəyaşayışınız yenidən mümkün ola bilər? Sülh üçün nə etmək lazımdır?”

Bu sualları Qarabağdan didərgin düşən, ev-eşiyini itirən, şəhid verən, qazi olan və ağrılarını unutmayan insanlara ünvanlamaq heç də asan deyil. Hətta bəziləri məsələni xeyli qəlizləşdirərək, birgəyaşayışın heç vaxt mümkün olmayacağını iddia edir, başqalarının da bu fikirlə razılaşmaması üçün səslərini qaldırırlar.  Amma məcburi köçkünlərin əksəriyyət artıq başa düşür ki, regionda dialoqa və barışığa ehtiyac var, bu isə birgəyaşayışa aparır.  

Müzakirələr 2023-cü il iyulun 1-dən sentyabrın sonunadək həyata keçirilən “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində gerçəkləşib. Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin icra etdiyi layihəni QHT-lərə Dövlət Dəstəyi Agentliyi maliyyələşdirib. Görüşlərə Yevlax rayonunun 32-ci məhəllə, Mingəçevir şəhərinin  “Yeni həyat” və Bərdə rayonunun 866 saylı  məcburi köçkün qəsəbələrində yaşayan bir qrup şəxs qatılıb. 

Tarixi konfliktlərin birgəyaşayışa təsirindən danışan müzakirə iştirakçıları azərbaycanlı və erməni toplumları arasında yenidən birgə yaşayış üçün keçiləcək mərhələlər, bu iki xalqın müxtəlif mədəniyyətləri arasında bağlılıqlar,  xüsusən idman, incəsənət, musiqi və digər sənət növlərində, eyni zamanda iqtisadi-ticarət sahələrində əməkdaşlıq barədə düşüncələrini bölüşüblər.  Onlar diqqətə çatdırıblar ki, sağlam münasibətin qurulması üçün Qarabağda yaşayan erməni icması Azərbaycan vətəndaşlığını qəbul etməli və başqa azsaylı xalqlar kimi ölkədə qanunauyğun şəkildə yaşamalıdırlar. Əgər kimsə bunu istəmirsə, ölkə başçısının dəfələrlə vurğuladığı kimi, yol açıqdır, çıxıb gedə bilər.  

Layihə rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, gərgin diskussiya şəraitində aparılan müzakirələr ictimai rəyi öyrənməyə və sonda real mənzərəni hökumətin diqqətinə çatdırmağa kömək edir: “Köçkünlərin fikirləri birgəyaşayışla bağlı gələcəkdə dövlət proqramının hazırlanmasında da əhəmiyyətli rol oynaya bilər”. 

Layihə rəhbəri onu da vurğulayıb ki, müzakirələr artıq başa çatıb: “Avqust ayında real vəziyyətdən bəhs edən qısa sənədli film çəkiləcək və sentyabrda ictimaiyyətin müzakirəsinə çıxarılacaq”.

Müzakirələrdə Qaçqınkomun və icra hakimiyyətlərinin nümayəndələri də iştirak ediblər. 

Yeganə NƏBİYEVA

Bugün TV

Oxşar xəbərlər

Pakistanın keçmiş baş naziri məhkəmə qarşısına çıxarıldı

Nigar Məmmədova

Şagirdləri məftillə vuran müəllim saxlanıldı

Aynur Camal

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova koronavirus haqqında

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu