“Qarabağ” FK Ramazan bayramı münasibətilə öz azarkeşlərinə sürpriz edib. Belə ki, bu gün baş tutacaq “Qarabağ” – “Zirə” matçına giriş pulsuz olacaq.
Bu barədə Bugun.tv -yə klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Bu oyuna bilet almış azarkeşlər növbəti “Qarabağ” – “Qəbələ” qarşılaşmasında həmin biletdən istifadə edə biləcəklər.
Qeyd edək ki, bugünkü matç üçün yalnız VIP biletlər satışda olacaq.
Xatırladaq ki, oyun 20:00-da Azersun Arenada baş tutacaq.
Matç CBC sport vasitəsilə canlı yayımlanacaq.
